Finala rəng qataq! -Video
2013/2014-cü il mövsümü Azərbaycan kubokunun finalında qarşılaşacaq "Qəbələ" klubu "Neftçi" ilə oyun öncəsi "Finala rəng qataq!" adlı promo video çarx hazırlayıb.
Movqe.az həmin video görüntünü sizlərə təqdim edir.
Qeyd edək ki, "Qəbələ" və "Neftçi" klubları arasındakı final
qarşılaşması 22 mayda Tofiq Bəhramov adına Respublika stadionunda
keçiriləcək.
Oyunun biletləri 16 maydan etibarən stadionun kassalarında
satılacaq.