Əlaqə Arxiv
news Image
2014.05.15
17:31
| A A A
"Senyor Türkiyə Komandalar Çempionatında" yarışan məşhurlar

Türkiyə Tennis Federasiyası (TTF) tərəfindən təşkil edilən 9-cu "Senyor Türkiyə Komandalar Çempionatında", türk  futbolçu Ümit Davala, sənətçi Ferhat Göçer və aktrisa və milli tennisçi Filiz Taçbaş da mübarizəyə qoşulublar.


Movqe.az fanatik.com-a istinadən xəbər verir ki, turnirdə (+35) yaşlı kişilər kateqoriyasında Ümit Davala "Kültürpark Klub"u adına, Ferhat Göçer isə "Ləvənt Tennis Klub"u adına yarışacaq, Filiz Taçbaş isə (+40)yaşa qədər qadınlar kateqoriyasında "Hillsidə Klub Etiler Klub"u adına mübarizə aparacaq.


Antaliyanın Manavqat şəhərində "Əli bəy" tennis idman mərkəzində çərşənbə axşamı günü start götürən çempionata 31 klub və 95 komanda, 150-si qadın olmaq üzrə cəmi 512 tennisçi qatılıb. 


Qadınlarda (30 +), (40 +) və (50 +), kişilərdə isə (35 +, 45 +), (50 +, 55 +), (60 +, 65 +) və (70 +) kateqoriyalarında təklər və cütlər qarşılaşmalarında Türkiyənin peşəkar səviyyəli senyor oyunçuları yarışır.


Turnirə 17 may günü keçiriləcək final qarşılaşmasından sonra yekun vurulacaq.

Sizin Reklam Yeriniz