"Qalatasaray" klubunun hücumçusu Didye Droqba "Kayseri Erciyesspor"la superliqa matçından sonra komandası ilə vidalaşıb.
Fil Dişi Sahili yığmasının forvardı oyundan sonra paltardəyişmə otağına gedərək komanda yoldaşları və texniki heyətlə vidalaşaraq onlara uğurlar arzulayıb.
"Hamınıza acı, xoş və uğurlu günlər, bir sözlə hər şey üçün təşəkkür edirəm" - deyə Droqba bildirib.
Oyundan sonra "GS TV"də yayımlanan "Biq Leqend" verlişində qonaq olan ulduz futbolçu, bir çox suallara aydınlıq gətirib.
Movqe.az fanatik.com-a istinadən bildirir ki, qonaq olduğu verlişdə, barəsində verilən bir çox sualları cavablandıran ulduz oyuçu, "Qalatasaray"dan ayrılması ilə bağlı verilən suala isə, maraqlı açıqlaması ilə yadda qalıb.
O, əvvəlcə verilən sualın çox çətin sual olduğunu bildirərək, daha
sonra "Bunun müzakirəsini məncə rəhbərliyə buraxaq, bura
gəlişimi onlar təşkil etmişdi. Amma mənim üçün çox kədərləndirici
haldır,çünki burada görəcək çox işim var idi, ancaq nə etmək olar,
belə məsləhət imiş. Lakin dünyanın hansı nöqtəsinə getsəm,
harasında olsam, insanlara Qalatasaraydan danışacağam. Burda
çox dostlar əldə etdim. Özümü çox yaxşı hiss etdim." dedi
Qeyd edək ki, Droqbanın yeni mövsümdən karyerasını hansı komandada
davam etdirəcəyi hələlik məlum deyil.