Əlaqə Arxiv
news Image
2014.05.20
17:02
| A A A
Eto "Qalatasaray"ın hədəfində

Yay transferi ərəfəsində Droqbanın boşluğunu doldurmaq isdəyən Cim Bom klubu "Çelsi"nin məşhur futbolçusu Etoya diqqətini yönəldib.


Movqe.az fanatik.com-a istinadən xəbər verir ki, Kameronlu futbolçuya Sarı-qırmızılı rəsmilər, 2 il üçün 12 milyon avroluq bir təklif ediblər. Və Eto ilə müəyyən razılaşma əldə edilib. "Çelsi"də bu mövsüm oynadığı 35 oyunda 12 qol atan Kameronlu ulduzun, "Qalatasaray"ın gələn il Çempionlar Liqasında mübarizə aparacaqı səbəbi ilə bu təklifə müsbət münasibət göstərəcəyi bildirilir.


Qeyd edək ki, Cim Bomun əsas məqsədi Droqba kimi yüksək keyfiyyətli futbolçular almaqdır. Məhz bu istiqamətdə "Mançester Siti"dən Edin Dzeko, "Milan"dan Mario Balotelli və yenə "Çelsi"dən Fernando Tores "Qalatasaray"ın hədəfində olan futbolçular sırasındadır.


Sizin Reklam Yeriniz