Əlaqə Arxiv
news Image
2014.05.21
12:29
| A A A
Messi: "Komanda olaraq yaxşı formada deyildik"

"Barselona" klubunun Argentinalı ulduzu Lionel Messi, "Barselona"nın bu mövsüm zəif oyun sərgilədiklərini qəbul etdiklərini söylədi. 

Keçdiyimiz günlərdə "Barselona" ilə müqaviləsini yeniliyərək, dünyanın ən çox qazanan futbolçusu olan Messi, 2013/2014 mövsümündə yaxşı çıxış etmədiklərini etiraf etdi.


Movqe.az İspaniya mətbuatına istinadən xəbər veriri ki, "Mundo Deportivo"ya verdiyi müsahibədə Messi "Çətin bir mövsüm keçirdik, mənim üçün də çox yaxşı keçdiyi deyilə bilməz. Barselona kimi bir klubun hər mövsüm kubok və ya kuboklar qazanması lazımdır. Amma bu mövsüm heç bir uğur əldə edə bilmədik, çünki komanda olaraq yaxşı formada deyildik" dedi.

Daha sonra Dünya Kuboku haqqındakı suallara da cavab verən Messi "Son çempionluğu da itirmək, məndə  böyük ruh düşkünlüyü yaratdı. Ailəmlə bir neçə gün vaxt keçirib, ondan sonra Argentina Milli Komandası ilə birlikdə bütün gücümü və fikrimi Dünya Kubokuna cəmləyəcəm." deyərək fikirlərini tamamladı.

Sizin Reklam Yeriniz