İngilis müdafiəçiyə İspanların kralından rəsmi təklif
"Çelsi" klubunun müdafiəçisi Eşli Koula transfer təklifləri gəlməkdə davam edir.
Movqe.az-ın ingilis mətbuatına istinadən verdiyi xəbərə görə,
Madrid "Real"ı da təcrübəli müdafiəçini transfer etmək
niyyətindədir.
"Kral" klubu futbolçuya rəsmi təklif göndərib. Futbolçu ilə iki illik müqavilə imzalamağı planlaşdıran Madrid klubu, müdafiəçinin nə qədər qazanacağını da açıqlayıb. 33 yaşlı futbolçu "Kral"da ilinə 5 milyon avro gəlir əldə edəcək. Futbolçunun bu təklifi müsbət qarşıladığı bildirilir.
Qeyd edək ki, Koulla "Mançester Yunayted", "Liverpul", "Mançester Siti", "İnter" və "Monako" klubları da yaxından maraqlanır.