Əlaqə Arxiv
news Image
2014.05.22
13:52
| A A A
Türk klubundan möhtəşəm transfer təklifi

Türkiyənin "Beşiktaş" klubu möhtəşəm transferini gerçəkləşdirmək istəyir.


Movqe.az fanatik.com-a istinadən xəbər verir ki, qara-ağlı klub "Milan"ın ulduz oyunçusu Robinho üçün İtaliya klubuna rəsmi təklif edib. Klub rəhbəri Adriano Qalliani ilə görüşən qara-ağlılar, Robinho üçün, hər tərəfli mövzuda razılaşmağa hazır olduqlarını bildiriblər.



"Milan" ilə müqaviləsi davam edən Robinhoya yeni mövsümdə "Beşiktaş" forması geyindirmək istəyən klub rəhbərliyi, futbolçu ilə iki illik müqavilə imzalamağı düşünür. Futbolçunun avropadakı bir çox klubun transfer siyahısında olması səbəbiylə bu danışıqları gizli icra etməyə çalışan "Beşiktaş" rəhbərliyi, "Milan" ilə razılaşdıqdan sonra Robinho və menecerile bir araya gələcək.


Qey edək ki, yeni mövsümdə güclü heyət baxımından iki əzəli klub "Fənərbaxça" və "Qalatasaraydan" geri qalmamaq üçün, transfer danışıqlarında, doğru addımlar atmağa çalışan "Beşiktaş" klubunun "Çelsi"dən Demba Ba ilə, "Nyukasıl Yunayted"dən Sisse ilə, "Liyon"dan Qomesi ilə də yaxından maraqlandığı bildirilir. Robinho ilə yanaşı, bu üç futbolçuya da təklif irəli sürən qara-ağlılar, bununla klub daxilində yaşanan gərginliyi aradan qaldırmaq istədiklərini bildiriblər.

Sizin Reklam Yeriniz