Əlaqə Arxiv
news Image
2014.05.26
13:30
| A A A
La Liqanın yeni klubu

İspaniya ikinci liqasında mübarizə aparan "Eybar" klubu tarixində ilk dəfə olaraq, yeni mövsümdən La Liqada çıxış edəcək.

Movqe.az İspan mətbuatına istinadən xəbər verir ki, klub bazar günü keçirdiyi oyunda "Deportivo Alaves"i məğlub edərək (1:0) tarixində bir ilki yaşamağı bacarıb.


Lakin kiçik heyətə sahib olan və La Liqada oynamağa vəsiqə qazanan klubun maddi cəhətdən problemləri var. Klubun heç bir borcu olmasa da, cəmi 500 min insan tutumuna malik stadionu olması çətinliklər yaradır.


Qeyd edək ki, "Real"ın futbolçuları Xabi Alonso və Asyer İlyaramendi bu baxımdan kluba dəstək olma məqsədilə 1.7 milyon avro yığmaq üçün kampaniyaya start veriblər. Avqustun 6-a qədər bu pulların yığılacağı bildirilir.

 

Sizin Reklam Yeriniz