Əlaqə Arxiv
news Image
2014.05.27
17:36
| A A A
"Barselona"dan yarımmüdafiəçiyə 25 milyon avro

"Sevilya" klubunun xorvatiyalı yarımmüdafiəçisi İvan Rakitiçə təkliflər gəlməkdə davam edir.


Movqe.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Barselona" klubu da futbolçunun transferində maraqlıdır.


La Liqa klubu 26 yaşlı futbolçu üçün 25 milyon avro ödəməyə hazırdır. 


Lakin "Real" (Madrid) və "Beşiktaş" klublarının da hədəfində olan  xorvat yarımmüdafiəçi gələcək karyerası ilə bağlı qərarı dünya çempionatından sonra açıqlayacağını bildirib.


Qeyd edək ki, 2011-ci ildə "Şalke"dən "Sevilya"ya transfer olunan Rakitiç bu mövsüm keçirdiyi 34 oyunda 12 qol vurub və 10 məhsuldar ötürməsi ilə yadda qalıb.

Sizin Reklam Yeriniz