Əlaqə Arxiv
news Image
2014.05.27
19:26
| A A A
Baş məşqçinin sürücülük vəsiqəsi əlindən alındı

Almaniya yığmasının çalışdırıcısı İyohim Löv Dünya Kuboku yarışı öncəsi xoşagəlməz hadisəylə üzləşib. Belə ki, alman çalışdırıcının sürücülük səlahiyyəti əlindən alınıb.


Movqe.az fanatik.com-a istinadən xəbər verir ki, alman məşqçi şəxsi avtomobili ilə sürət həddini aşdığı üçün və sükan arxasında telefonla danışdığı üçün, sürücülük vəsiqəsi  6 ay müddətinə əlindən alınıb.


Lövün bu qayda pozuntusundan sonra  Alman Federal Yol Polis idarəsindəki cəza limitinin 18 bala çatdığı bildirilir.


Alman mütəxəssis mətbuata verdiyi açıqlamada  ona verilən cəzanın doğru qərar olduğunu bildirərək,"Verilən cəza ilə razıyam, sükan arxasında olarkən, etmiş olduğum və vərdiş aldığım hərəkətləri aradan qaldırmağa çalışacam" dedi. 


Verilən cəza müdətinə dözməsi gərəkdiyini vurğulayan  Löv "Artıq qatardan daha çox istifadə edirəm" dedi.


Qeyd edək ki, alman məşqçinin başına bu cür oxşar hadisə 2006-cı il Dünya Kuboku yarışı öncəsidə gəlmişdi. Həmin vaxt alman futbol mütəxəssisi eyni hərəkətinə görə (sürət həddini aşdığı üçün), sürücülük vəsiqəsi dörd həftəlik əlindən alınmışdı.

Sizin Reklam Yeriniz