Qətərdə şok qərar: "Mini-ətək və ya qolsuz paltarlar geyinməmələri məsləhət edilir"
Qətər İslam Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan reklam kompaniyasındakı elanlar görənləri təəccübləndirib.
Movqe.az xəbər verir ki,2022-ci ildə futbol üzrə dünya çempionatına hazırlaşan Qətər turistlərə geyimlə bağlı qadağalar tətbiq edib. Qoyulan qərara əsasən turistlərdən onların mədəniyyətlərinə hörmətlə yanaşmaları istənilir.
Belə ki, əsasən qadın turistlər üçün "geyim bələdçisi" (dress code)
olan elanlarda: "Əgər bizim ölkədəsinizsə, siz də bizdən birisiniz.
Hörmətli qonaqlar, turistlər! Bilin ki, biz müsəlman ölkəsiyik və
buna görə də adətlərimizi aşağılamamağınız, ənənələrimizə əməl
etməyiniz lazımdır. Lasinlər şalvar deyil. Çiyinlərinizdən
dizlərinizə qədər örtünün. Kişilər ictimai yerlərdə şortlarda və
maykalarda gəzməməli, qadınların da mini-ətək və ya qolsuz
paltarlar geyinməmələri məsləhət edilir" qeyd olunub.