Əlaqə Arxiv
news Image
2014.05.29
20:25
| A A A
Ronaldo: "Mən verdiyim sözə əməl etdim, indi ......."

Cari mövsüm ÇL-nı qazanan "Real" (Madrid) klubunun ulduz futbolçusu Kriştiano Ronaldo üçün əsas mükafatı qazanmaq, çox mühüm və vacib əhəmiyyət kəsb edirdi.


Movqe.az xəbər verir ki, portuqaliyalı ulduz "Atletiko Madrid" klubu ilə final oyunundan əvvəl , içki düşkünü olan qardaşı Hüqo Alveyrodan ilə şərt kəsib.


Belə ki, Ronaldo ÇL-nı qazandığı halda, qardaşından içkini atacağına dair söz verməsini istəyib.


Final matçında son qolun müəllifi olan Ronaldo, oyundan sonra tribunada əyləşən qardaşı Alveyronun yanına gedib. İlk öncə formasını ona hədiyyə edən Ronaldo, qardaşına "mən verdiyim sözə əməl etdim, indi sənin növbəndir"deyib.


Xatırladaq ki, ÇL-nın finalında "Atletiko"nu 4:1 məğlub edən "Kral" klubu tarixində 10-cu dəfə əsas mükafatın sahibi olub.

Sizin Reklam Yeriniz