Əlaqə Arxiv
news Image
2014.07.08
17:00
| A A A
"Favorit Braziliya komandasıdır"

Braziliya - Almaniya yarımfinal oyunu öncəsi keçirirlən mətbuat konfransında bir sıra fikirlər səslənib. Goal.az almanların çalışdırıcısı Yoaxim Lövün səsləndirdiyi fikirləri təqdim edir.


"Bu, qitələrin mübarizəsidir. DÇ-nın yarımfinalında Avropa komandaları Cənubi Amerikalılara qarşı oynayacaq. Braziliyalılara 200 milyon azarkeş dəstək verir, bu xüsusi enerji yaradır. Ev sahiblərinin arxasında bütün ölkə dayanır. Lakin bilirik ki, nəyi etməyə borcluyuq və nə edəcəyik. Uğur qazanmaq şanslarımız az deyil."


"DÇ göstərdi ki, turnirdə daim stabil oynayan komanda yoxdur. Çempionat əzmkarlıq, fiziki güc və dinamika üzərində qurulur. Braziliya - Kolumbiya oyunu kimi matçlara Avropada hər komanda davam gətirə bilməzdi. Bu Mundial futbolçuların fiziki dayanıqlığı baxımdan bütün sərhədləri arxada qoydu."


Almaniyanın baş məşqçisi Neymar haqqında bunları söyləyib. " Neymara belə hadisə üz verdiyinə görə təəssüflənirik. Ona tezliklə sağalmağı arzulayırıq. Ümid edirik ki, yaxın vaxtda zədədən qayıdacaq. Almaniyanın bundan sonra birmənalı favorit olaraq görülməsinin əleyhinəyəm. Braziliyanın heyətində başqa oyunçular da var. Qarşılaşmanın favoriti ev sahibləridir. Biz Neymarın mümkün əvəzlənmə variantlarını nəzərdən keçiririk. Elə düşünmək olmaz ki, Silva və Neymarın yoxluğu rəqibi zəiflədəcək.Arxa xətdə edilən kobudluqlarla bağlı nəsə etməliyik. Çünki belə getsə, ancaq dağıdıcı oyunçular qalacaq. Bu isə təhlükəlidir."


Sizin Reklam Yeriniz