Əlaqə Arxiv
news Image
2014.07.18
17:33
| A A A
Rusiya - Ukrayna qarşılaşmasına UEFA-dan qadağa

Bu gün siyasət aləmində baş verən  qarşıdurmalar futbola da öz təsirini göstərməkdədir.


Movqe.az Goal.az-a istinadən  xəbər verir ki, son aylar  Rusiya və Ukrayna dövlətləri arasında baş qaldıran çaxnaşmalar, bu ölkələrin futbolunada öz təsirini göstərmiş oldu.


Bu baxımdan UEFA futbol qurumu bu diqqət çəkən amili nəzərə alaraq, iki ölkə komandalarının milli və klub səviyyəsində bir-biri ilə qarşılaşmasına əngəl olmağa qərar verib.


Belə ki, bundan sonra qurumun bayrağı altında keçiriləcək yarışların püşkatması zamanı iki ölkə təmsilçilərinin qgörüşünə imkan verilməyəcək.


Bildirək ki, bu UEFA-nın son illərdə verdiyi  3-cü  belə qərardır.


Xatırladaq ki, qurum buna qədər 2009- cu ildə Rusiya - Gürcüstan, 2010-cu ildə isə Azərbaycan - Ermənistan yığmalarının qarşılaşmalarına bucür qadağa qoymuşdu.


Sizin Reklam Yeriniz