Əlaqə Arxiv
news Image
2014.07.18
17:41
| A A A
"Baku Fires"in mötəbər yarışda qarşılaşacağı rəqibləri

Türkiyənin İstanbul şəhərində Ümumdünya Boks Seriyasının (WSB) beşinci mövsümünün püşkatma mərasimi keçirilib.


Goal.az xəbər verir ki, keçirilən püşkatma mərasimində 16 komanda mübarizəyə qoşulub. 


Bu isə ötən çempionatdakı iştirak edən 12 komanda sırasına daha 4 yığmanın adının əlavə olunması ilə nəticələnib.


Keçirilən mərasimdə son mövsümün qalibləri "Cuba Domadores" və "Baku Fires" kulubları səpələnmişlər sırasında yer alıblar. 

Və nəticəyə əsasən Kubalılar "B" qrupunda, Azərbaycan yığması isə "B" qrupunda çıxış edəcəklər. Hər iki komanda ilk və son qarşılaşmalarını doğma divarlar arasında keçirəcəklər.


"B" qrupunda mübarizə aparacaq  komandamız  "Argentina Condors", "Astana Arlans", "İtalia Thunder", USA Knockouts, "Hussars Poland", Venesuela və adı açıqlanmayan 6-cı klubla yarışacaq.


"A" qrupunda isə "Ukraine Otamans", Rusiya, Almaniya, "Desert Hawks"  (Əlcəzair), "Mexico Guerreros", "Cuba Domaderos", Çin və Mərakeş komandaları mübarizə aparacaq.


Təmsilçimiz ilk görüşünü doğma divarlar arasında İtaliya komandasına qarşı keçirəcək.


Qeyd edək ki, yeni mövsümün 2015-ci ilin yanvarında start götürəcəyi nəzərdə tutulur. Və yarışın sonunda gözəl çıxış sərgiləyən 17 boksçu  2016- ci ildə Braziliyada keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazanacaq.


Sizin Reklam Yeriniz