Əlaqə Arxiv
news Image
2014.07.26
18:01
| A A A
Joze Mourinyo "Manchester United"i tənqid etdi

Goal.az xəbər verir ki, Luk Şounun "Manchester United"ə transferi ilə bağlı mətbuata açıqlama verən "Chelsea" komandasının portuqaliyalı baş məşqçisi Joze Mourinyo bu keçidin bəzi məqamlara öldürücü zərbə endirdiyini dilə gətirib.

 "19 yaşlı futbolçu üçün "Manchester United"in həftəlik 200 min funt məvacib verməsi həqiqətən də çox qəribədir. Əgər biz belə bir qərar versəydik onda bizim uğur qazanmış oyunçularımız buna üsyan edərdilər. Mənə elə gəlir ki, bu cür addım transfer rəqabətini öldürür. Yeniyetmə nə qədər fantastik olsa da, bu cür məvacib bizim komandamızın büdcəsinə və transfer siyasətinə uyğun deyil".


Qeyd edək ki, "Manchester United" Luk Şounu 30 milyon avro müqabilində heyətə cəlb edib.

Sizin Reklam Yeriniz