Əlaqə Arxiv
news Image
2014.07.28
15:20
| A A A
"Qoy 2018 Mundialını ingilislər keçirsin"

Rusiya 2018-ci il DÇ-a ev sahibliyi edəcək. Lakin son zamanlar şimal qonşumuzun iştirakı ilə baş verən siyasi toqquşmalar bir sıra ölkələrdə onun əleyhinə kompaniya başlamasına səbəb olub. Daha əvvəl 2018 Mundialını boykot etmə ağırışlarına FİFA mənfi cavab vermişdi. Britaniya Liberal demokratlarının lideri Nik Kleqq də Rusiyanın Mundialı keçirmə hüququndan məhrum edilməsini məqsədəuyğun saymışdı.


Ukraynanın Daxili İşlər Naziri Arsen Avakov Kleqqin fikirləri ilə razı olduqlarını bildirib. "Futbol üzrə 2018-ci il Dünya çempionatı Rusiyada keçirilməməlidir. Hesab edirəm ki, Ukrayna Futbol Federasiyası və Nazirlər Kabineti öz mövqeyini açıq şəkildə ortaya qoymalıdır. Terrorizm təşkilatçısı və maliyyələşdiricisinə qarşı sanksiyalar bütün sahələrdə tətbiq edilməlidir. Böyük Britaniyanın mövqeyini dəstəkləmək lazımdır. Qoy hələ ingilislər özləri turniri keçirsin. Məncə, öhdəsindən gələrlər"- Avakov facebook səhifəsində qeyd edib.

Sizin Reklam Yeriniz