Əlaqə Arxiv
news Image
2014.08.08
15:01
| A A A
Maradona:"Diz çökmək fikrim yoxdur"

Movqe.az Goal.az istinadən xəbər verir ki, Argentinanın əfsanəsi Diyeqo Armando Maradona maraqlı açıqlamaları ilə yenə gündəmə gəlib. Maradona Millinin baş məqşçi postuna öz namizədliyin Federasiyaya təklif edib.


"Komandanın məşqçisi yoxdur. Mən Argentinada oynamışam. Braziliya Dunqanı bu posta gətiribsə, Argentina məni niyə baş məşqçi təyin etmir? İstənilən halda Dubayda xoşbəxtəm və heç kimin qarşısında diz çökmək fikrim yoxdur. Sabelya və futbolçulara təzyiq göstərmirəm. Amma fikrimcə, komanda gözəl oyunla qələbə qazana bilmir. Argentinanın matçlarına baxan heç kim orda yaxşı performansdan əsər-əlamət görmür".


Xatırladaq ki, Maradona 2008-2010-cu illərdə Millidə əsas vəzifəni tutmuşdu. Dunqa isə 4 il Braziliyanı çalışdırdıqdan sonra 2010-cu ildə istefaya göndərilmişdi. 4 illik fasilədən sonra "Selecao"ya qayıdan Dunqa baş məşqçi Luiz Felipe Skolarini əvəzləyib. 

Sizin Reklam Yeriniz