Əlaqə Arxiv
news Image
2014.08.08
16:20
| A A A
Aquero üçün inanılmaz təklif hazırlanır

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, "Manchester City" argentinalı hücumçu Serxio Aqueronu heyətdə saxlamaq üçün müqaviləni yeniləməyə hazırlaşır. Mediada yayılan xəbərlərə görə, Aquero müqaviləni uzatsa, həftəyə 210min funt qazanacaq. Bu astronomik məbləğ qarşısında forvardın qərarı maraqla gözlənilir. 


"Barcelona" və "Real Madrid"in hədəfində olan futbolçunun cari klubu ilə anlaşması 2017-ci ildə bitəcək. Yeni razılaşma 2019-cu il qədər nəzərdə tutulub.


Aquero ötən mövsüm əksər qarşılaşmalarda zədə səbəbilə oynamasa da, 34 oyunda 38 qol vuraraq komandanın bombardirlərindən biri olmuşdu.

Sizin Reklam Yeriniz