Əlaqə Arxiv
news Image
2014.08.25
16:27
| A A A
"Juventus" klubun formasında dəyişiklik edəcək

Movqe.az goal.az-a istinadən xəbər verir ki, "Juventus" formasında dəyişiklik etmək niyyətindədir. Turin klubunun yeni futbolkasında adlar ağ fonda sarı hərflərlə yazılıb. Bu isə azarkeşlərin narazılığına səbəb olub. Belə ki, reqlamentə əsasən formada yazılan adlar 50 metrdən oxunmalıdır.  "Qoca senyora" fan klublar, jurnalistlər və bəzi informasiyalara görə, FİFA-nın narazılığını nəzərə alaraq adları qara hərflə yazmağa qərar verib. 

Qeyd edək ki, İtaliya A Seriyasının açılış oyununu "Juve" şənbə günü "Chievo" klubuna qarşı keçirəcək.

Sizin Reklam Yeriniz