Əlaqə Arxiv
news Image
2014.09.14
17:00
| A A A
Madrid derbisində bir top
İspaniya La Liqasında III turun oyunları davam edir.

Movqe.az-ın qol.az-a istinadən  məlumatına görə, dünən daha 3 qarşılaşma keçirilib.

La Liqanın lideri "Barselona" öz meydanında "Atletik" (Bilbao) klubu qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. "Levante" isə səfərdə "Malaqa"nın qonağı olub. Bu görüşdə hesab açılmayıb - 0:0.

Turun mərkəzi qarşılaşması Madriddə keçirilib. Burada əzəli rəqibləri - "Real" və "Atletiko" komandaları üz-üzə gəlib. Bakı vaxtı ilə saat 23:00-da başlayan oyunda "Land of Fire Azerbaijan" formalı "Atletiko" klubu qələbə qazanıb.

Matçın qəhramanı "Atletiko"nun türkiyəli futbolçusuArda Turanolub. Görüşün 61-ci dəqiqəsində meydana daxil olan Arda 15 dəqiqə sonra komandasının qələbə qolunu vurub - 2:1.

Qeyd edək ki, La Liqada III tura sentyabrın 15-də keçiriləcək "Eybar" - "Deportivo" matçı ilə yekun vurulacaq.


13 sentyabr

İspaniya La Liqası, III tur

23:00. "Real" (Madrid) - "Atletiko" (Madrid) - 1:2
Qollar:
Tiaqo, 10 (0:1), K.Ronaldo, 26-pen (1:1), Arda Turan, 76 (1:2)

"Barselona" - "Atletik" (Bilbao) - 2:0
Qol:
Neymar, 79 (1:0), 84 (2:0)

"Malaqa" - "Levante" - 0:0


14 sentyabr

"Selta Viqo" - "Real Sosyedad" - 2:2
Qollar:
F.Orellana, 28 (1:0), J.Larrivey, 49 (2:0), Aqirretxe, 70 (2:1), Jonni, 90+2-avtoqol (2:2)

"Rayo Valyekano" - "Elçe"

"Valensiya" - "Espanyol"

"Sevilya" - "Qetafe"


15 sentyabr


"Qranada" - "Vilyareal"

"Eybar" - "Deportivo"

12 sentyabr


"Almeriya" - "Kordoba" - 1:1
Qollar:
Mendez, 12 (1:0), Kartabiya, 19 (1:1)
Sizin Reklam Yeriniz