FİFA-dan Azərbaycana şok: 95-ci yer
FİFA sentyabr ayı üçün dünya yığmalarının yeni reytinq cədvəlini açıqlayıb. Movqe.az xəbər verir ki, 208 millinin yer aldığı reytinq sıralamasına 1765 xalla Almaniya başçılıq edir. 1631 xalla Argentina 2-ci, 1488 xalla Kolumbiya yığması isə 3-cü olub.
Hollandiya və Belçika müvafiq olaraq 1456 və 1444 xalla 4-cü və 5-ci yerləri bölüşdürüb.
6 pillə geriləyən Türkiyə yığması isə 637 xalla 38-ci pillədə yer alıb.
Millimiz isə keçən aydan fərqli olaraq çox geriləyib. 22 pillə geriləyən millimiz 344 xalla 95-ci yerdə qərarlaşıb.