Əlaqə Arxiv
news Image
2014.10.09
20:12
| A A A
Dünyanın tanınmış pilotları Azərbaycana gələcək

Azərbaycan Avtomobil Federasiyasının oktyabrın 11-də Bakı Kristal Zalında keçirəcəyi "V1 Challenge Azerbaijan" yarışında 12 ölkədən 14 pilot iştirak edəcək. Federasiyadan Trend-ə verilən məlumata görə, ralli üzrə Avropa çempionu, belçikalı Patrik Snayers (Patrick Snijers), üç dəfə "Drift Challenge" çempionu, 2014-cü ildə ən uzun drift üzrə dünya rekordçusu, almaniyalı Harald Müller (Harald Muller), ralli üzrə beşqat Portuqaliya çempionu, Avropa çempionatının ikincisi Migel Kampos (Miguel Campos), "V1 Challenge 2011" çempionu, türkiyəli Burak Çukurova (Burak Chukurova), "V1 Challenge Moldova 2012" çempionu Nikolay Kiriyak (Nicolae Chiriac), "Fransa F4" və "Volant Euroformula 2013" çempionu Anton Huber (Anthoine Hubert) və digərləri yarışda birincilik uğrunda mübarizə aparacaqlar. Azərbaycanı yarışda kartinq üzrə ölkə çempionları Gülhüseyn Abdullayev (Gulhuseyin Abdullayev), Adil Axundov (Adil Akhundov) və "V1 Challenge Moldova 2013" çempionu Timur Muradov (Timur Muradov) təmsil edəcəklər. Yarışda tamaşaçılar, həmçinin müxtəlif növ avtomobillərlə həyəcan, əyləncə dolu şoular izləyəcəklər. Şou zamanı məşhur "Voca People" qrupu da özünəməxsus ifası, maraqlı repertuarı ilə izləyicilərə unudulmaz anlar yaşadacaq.

Sizin Reklam Yeriniz