Əlaqə Arxiv
news Image
2014.10.26
19:00
| A A A
"Valencia" ötən turdakı məğlubiyyəti unutdurdu

La Liqanın 9-cu turunda daha bir maraqlı qarşılaşma "Mestalla" arenasında baş tutub.Movqe.az goal.az-a istinadən xəbər verir ki , ötən tur "Deportivo"ya gözlənilmədən uduzan "Valencia" bu dəfə "Elche"ni sınağa çəkib.


Oyunda ilk qolu çox gözləmək lazım gəlməyib. 12-ci dəqiqədə Pablo Piattinin yerinə yetirdiyi künc zərbəsini Şkodran Musatafi tora qovuşdurmaqla hesabı açıb. 5 dəqiqə sonra meydan sahibləri üstünlüyünü mhkəmlədib. Yenə Pablo Piattinin asisstentliyi ilə yaxın məsafədən Daniel Parexo fərqlənib. Birinci hissədə Rodriqo hesab arasındakı fırqi artırmaq çün şans əldə etsə də, qol vura bilməyib.


İkinci hissədə hücumlarını davam etdirən "yarasalar" 64-cü dəqiqədə daha bir qola seviniblər. Alkaserin da əməyi olan hücumda David Lomban topu öz qapısından keçirib 3-0. Matçda dha bir əlamətdar hadisə 83-cü dəqiqədə Alvaro Neqredonun "Valencia"nın heyətində debüt etməsi olub. Undiano Mallenkonun idarə etdiyi görüşdə son qol qonaqların aktivinə yazılıb. So dəqiqələrdə Jonatas dəqiq baş zərbəsi ilə komandasının təsəlli qoluna imza atıb.

Valencia3-1Elche

Mustafi (12) Jonatas (90)

Parexo (17)

Lomban (avt. 64)


Share on facebookShare on twitterShare on emailShare on printMore Sharing Services0


Sizin Reklam Yeriniz