Əlaqə Arxiv
news Image
2014.10.26
19:10
| A A A
Ançelotti: "Biz qələbəni daha çox istəyirdik"

"Qapımızda top görəndən sonra özümüzü itirmədik. Komanda öz oyununu göstərdi və hər şey bizim xeyrimizə oldu. Yüksək səviyyədə çıxış etdik."


Bu sözləri "El Clasico"da qələbəni bayram edən "Real Madrid"in təcrübəli baş məşqçisi Karlo Ançelotti deyib.Movqe.az-ın Goal.az-a istinadən verdiyi məlumata görə, italyan mütəxəsis komandasının qələbəyə daha çox can atdığını qeyd edib:


"Madrid üçün necə oynayıb nəyi qurban verəcəyini bilən ciddi və peşəkar komandam var. Oyun tərzimiz ötən mövsümdə olduğu kimidir. "Real Madrid" hazırki fəlsəfə ilə rahat oyun üslübünü tapıb. Qarşılaşmada geri dönüşün səbəbi cinahları daha çox istifadə edib hücumlar qurmaq istəyimiz ilə əlaqədardır. İkinci hissədə biz qələbəni daha çox istəyirdik. Qalibiyyət güclü rəqibə qarşı əldə edildiyindən böyük əhəmiyyətə malikdir. "Barcelona" ilə aramızda olan xal fərqini azaltmaq mümkün oldu."

Ançelotti futbolçularının fərdi çıxışın da dəyərləndirib.

"İsko əla oyun nümyiş etdirdi. Amma "Barcelona"ya qalib gəlmək üçün hamı bu cür oynamalıdır. Yetirmələrim yüksək səviyyədə çıxış etdilər. Çempionlar liqasında "Liverpool"a qarşı keçirilən matçdan sonra belə oynamaq asan deyildi. Benzema, Ronaldo, Pepenin haqqında xoş sözlər demək olar. Benzema da hər kəs kimi formadadır. Beyl bu komnda üçün fundamental əhəmiyyət daşıyır. O hələ oynayacaq.

Sizin Reklam Yeriniz