Əlaqə Arxiv
news Image
2014.10.28
18:16
| A A A
Zidan futboldan kənarlaşdırıldı

İspaniya üçüncü liqasında mübarizə aparan "Kastilya"nı çalışdıran Zinədin Zidan cəzalandırılıb.Movqe.az xəbər verir ki, Zidan 3 aylıq futboldan kənarlaşdırılıb. Buna 42 yaşlı veteran ulduzun məşqçilik üçün lisansının olmaması səbəb olub. Zidanın A kateqoriyalı məşqçilik lisenziyasının olduğu, ancaq bunun gənc və bölgə komandalarını əhatə edən 2-ci səviyyəyə uyğun olduğu bildirilib.

"Kastilya"nı çalışdırması üçün isə 3-cü liqadan La Liqaya qədər keçərli olan 3-cü səviyyə lisenziya tələb olunur. Zinədin Zidanın 2012-ci ildə lisans üçün Fransa Futbol Federasiyasına müraciət etdiyi və hazırda Federasiyanın qərarını gözlədiyi qeyd edilib.


Sizin Reklam Yeriniz