Əlaqə Arxiv
news Image
2014.10.30
16:04
| A A A
III Müstəqillik Kuboku qalibləri müəyyən olundu (FOTO)

Azərbaycan Dovlət Müstəqilliyi günü münasibəti ilə "Azərbaycan" İntellektual Oyunlar Klubu III Müstəqillik Kubokunu keçirdi. Turnir 60 "Nə? Harada? Nə zaman?" formatlı sual və "Hərb və Sülh" mövzusunda" Fərdi oyun" formatı üzrə oyundan ibarət idi.

AİOK-un prezidenti Aydın Piriyevin verdiyi məlumata əsasən "Nə? Harada? Nə zaman?" yarışı üzrə birinci yerin sahibi "Strekoza Qeyzenberqa" komandası, ikinci yerin " Dream Team" və üçüncü yer in sahibi isə "Hərum" komandası oldu.

"Hərb və Sülh" mövzusunda olan "Fərdi oyun"un qalibi isə Soltan Əzimov oldu.

Qaliblər klub tərəfindən, diplom medallar və kubokla təltif olundular.

"Azərbaycan İntellektual Oyunlar Klubu 29 aprel 2012-ci ildə yaradılıb. Fəaliyyət dövrü müddətində klub paytaxt və regionlarda davamlı olaraq müxtəlif intellektual oyunlar, turnir və çempionatlar təşkil etmişdir . Artıq 3-cü mövsümdür ki, AİOK-un təşkilatçılığı ilə universitetlərarası Azərbaycan və rus dillərində sinxron çempionat keçirilir.

Eyni zamanda klub Azərbaycan İntellektual Klublar Assosiasiyasının üzvüdür.

Ətraflı məlumatı klubun rəsmi facebook səhifəsindən və ya www.aiok.az saytından ala bilərsiniz.

Sizin Reklam Yeriniz