Əlaqə Arxiv
news Image
2014.11.01
19:04
| A A A
"Qalatasaray" zirvədə qalmaq üçün "Fenerbahçe"yə ümid edir

Türkiyə Superliqasında 8-ci tura dünən keçirilmiş 1 oyunla start verilib. İstanbulun "Qalatasaray" klubu "Türk Telekom Arena"da "Kasımpaşa" klubunu qəbul edib. Ötən mövsüm bu meydançada keçirilən oyun "Kasımpaşa"nın 4-0 hesablı qələbəsi ilə yekunlaşmışdı. "Cim bom" və azarkeşləri həm də revanş arzusunda idi.


Movqe.az Goal.az-a istinadən xəbər verir ki, görüşə damğasını vuran oyunçu Umut Bulut olub. İlk hissə stadiona toplaşan azarkeşlərin həyəcanlanması ilə nəticələnib. 41-ci dəqiqədə Adem Büyük qonaqları hesabda önə çıxarıb. Lakin fasilədən sona Umut Bulutun meydana çıxması hücumda fəallığı artırıb. 53-cü dəqiqədə məhz Umutun ötürməsindən sonra Burak Yılmaz bərabərliyi bərpa etməyə nail olub. 90-cı dəqiqədə isə "sarı qırmızılılar" qələbə qoluna seviniblər. 90-cı dəqiqədə Umut Bulut komandasına 3 xal qazandırıb 2-1.

Qalatasaray2-1Kasımpaşa

Burak (53`) Adem Büyük (41`)

Umut Bulut (90`)

Bu nəticədən sonra Çezare Prandellinin komandası müvəqqəti olsa da, zirvəyə yüksəlib. "Cim bom" sabah baş tutacaq derbidə əzəli rəqibi "Fenerbahçe"nin "Beşiktaş"ı büdrətməsinə ümid etməlidir. Qeyd edək ki, "Qalatasaray" turnir cədvəlində "qartallar"ı 1 xal qabaqlayır.


Sizin Reklam Yeriniz