Əlaqə Arxiv
news Image
2014.11.02
19:04
| A A A
Pirlo qolla qayıtdı, komandası vahid lider oldu

İtaliya A Seriyasının 10-cu turu "Juventus" üçün uğurlu aınıb. 3 gün əvvəl səfərdə "Geoan"ya minimal hesabla uduzan turinlilər bu tur da səfərdə meydana çıxıblar.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, debütant "Empoli"nin qonağı olan "Biaconierri" ötən oyundakı məğlubiyyəti unutdura bilib.


Oyunda hesabı 61-ci dəqiqədə Andrea Pirlo açıb. Təcrübəli yarımmüdafiəçi zədəsini sağaldıb meydanlara qayıtdıqdan sonra ilk cərimə zərbəsi qoluna imza atıb. 72-ci dəqiqədə hesab arasındakı fərq 2-ə yüksəlib. Tevez cərimə meydançasının xətti üzərindən Alvaro Morataya ötürmə edib. Gənc forvard isə gözəl zərbə ilə topu tirin altına göndərib 2-0.

Empoli0-2Juventus

Pirlo (61)

Morata (72)


Bu nəticədən sonra 10 oyundan 25 xal toplayan "qoca senyora" prinsipial rəqibi "Roma"nın da xal itkisindən istifadə etməklə liderliyini sürdürür.



Sizin Reklam Yeriniz