Əlaqə Arxiv
news Image
2014.11.10
16:00
| A A A
"Heç nədən şikayət edə bilmərəm"

Fransa 1-ci liqasının 13-cü turunda "Monaco"nu qəbul edən "Saint Etienne" növbəti dəfə bərabərlik əldə etdi. Matçdan sonra komandanın baş məşqçisi Kristof Qaltye fikirlərini bildirib.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, fransız mütəxəsis yetirmələrinin mübarizə ruhundan razı qaldığını qeyd edib.


"Hakim qərarlarını müzakirə etmək istəmrəm. Hər iki tərəf qola layiq idi. "Monco" ilk hissədə çox yaxşı oynadı. Biz ağır görünür və tempsiz çıxış edirdik. Daha sonra oyunu düzəltdik. Fasilədən sonra "Saint Etienne" daha inamlı görünürdü. Bunun məntiqi nəticəsi kimi hesabı bərabərləşdirdik. Say üstünlüyündən istifadə edib qələbə qazanmağa çalışsaq da, "Monaco" müdafiədə diqqətli oynadı. Yetirmələrim bütün gücünü ortaya qoydu. Heç nədən şikayət edə bilmərəm. Oyunçuların mübarizə ruhunu bəyəndim. Son 4 oyunda məğlub olmamışıq. Avropa liqasında "İnter"lə 2 dəfə qarşılaşıb məğlub olmamışıq. Bu, müsbət seriyadır. Biz bütün cəbhələrdə mübarizəni sonadək davam etdirəcəyik."

Sizin Reklam Yeriniz