Əlaqə Arxiv
news Image
2014.11.10
16:13
| A A A
"İnter" qələbəni son dəqiqələrdə əldən verdi

Həftə içi Avroliqaa "Saint Etienne"lə bərabərliyə qalan "İnter" A Seriyanın 11- ci turunda "Verona"nı qəbul edib. Qarşılaşma Milan klubu üçün çox vacib idi. Belə ki, "nerazurri" qələbə qazanacağı təqdirdə turnir cədvəlində 2 pillə irəliləyə bilərdi.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki , lakin 10-cu dəqiqədə Luka Toni hesabı açmaqla "İnter"ə "soyuq duş" hədiyyə edib. 8 dəqiqə sonra İkardi tarazlığı bərpa edib. Fasilədən sonra argentinalı hücumçu yenidən diqqət mərkəzinə düşüb. 49-cu dəqiqədə həmyerlisi Palasionun ötürməsini tora qovuşduan forvard "İnter"i hesabda önə keçirib. 51-ci dəqiqədə oyunun baş hakimi meydan sahiblərinin qapısına penalti təyin edərək Qari Medeli də qırmızı vərəqə ilə cəzalandırıb. Lakin Luka Toni dubla imza atmaq şnasını əldən verib. Bununla yanaşı, Verona klubu məğlubiyyətdən xilas olmağı bacarıb. 89-cu dəqiqədə Nikolas Lopez oyunda son nöqtəni qoyub 2-2.

İnter2-2Hellas Verona

İkardi (18, 49) // Toni (10)

Lopez (89)

Sizin Reklam Yeriniz