Əlaqə Arxiv
news Image
2014.11.10
17:18
| A A A
"Qarabağ"ın rəqibi öz meydanında xal itirdi

Fransa çempionatında 13-cü tura yekun vurulub. Maraqla gözlənilən qarşılaşmalardan bii "Geoffroy Guichard" stadionunda "Sani Etienne" və "Monaco" klubları arasında baş tutub.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, təxminən 2 həftə sonr "Qarabağ"la qarşılaşacaq "yaşıllar" bu oyundan sülhlə ayrılıblar.


Matçda hesab artıq 17-ci dəqiqədə açılıb. Jeremi Tulalanın qapı qarşıına ötürməsini Lasina Traore məntiqi sonluqla tamamlayıb. 35-ci dəqiqədə qonaqlar növbəti qola yaxınlaşsa da, Valer Jermen dəqiq oynamayıb. İkinci hissənin əvvəlində "Saint Etienne" qol axtarışlarını gücləndirib. 56-cı dəqiqədə "Monaco" Nabil Dirarla növbəti əlverişli imkanı qaçırıb. Əvəzində 58-ci dəqiqədə Hamumanın asisstentliyi ilə Riki van Volfsfinkel fərqlənib. 71-ci dəqiqədə "moneqasklar" meydanda azlıqda qalıblar. Bakayoko 2-ci sarı vərəqəsini alaraq oyunu yarımçıq tərk edib. 81-ci dəqiqədə Lemuanın zərbəsi "Monaco"nun qapısından aralı keçib. "Yaşıllar" say üstünlüyündə oynasalar da, bundan başqa yadda qalan vəziyyət yara bilməyib. Beləliklə, oyun 1-1 hesablı bərabəliklə yekunlaşıb.

Sizin Reklam Yeriniz