Əlaqə Arxiv
news Image
2014.11.15
21:00
| A A A
"Mançinidən başqa, heç bir variant haqqında düşünmürdüm"

"İnter"in sahibi Erik Thohir klubun yeni baş məşqçisi Mançininin təyinatı haqqında söhbət açıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, gənc futbol funksioneri komandanın yeni nəfəsə ehtiyacı olduğunu bildirib.


"İdarə heyəti və Massimo Moratti ilə uzun telefon danışığından sonra qərara aldıq ki, dəyişiklik labüddür. Mən diqqətimi topladım ki, İtaliynın ən yaxşı məşqçisini axtarıb tapım. Mazzarini qiymətləndirirəm və ona xidmətlərinə görə təşəkkür etdim. Hər şey, demək olar ki, 1 sutka ərzində baş verdi. Mançinidən başqa, heç bir variant haqqında düşünmürdüm. O, artıq "İnter" barədə çox şey bilir. Mançinini komandaya görə seçdik. Bizə yeni nəfəs və başqa atmosfer lazımdır. Futbolçular üzərindən təzyiqi götürmək lazım idi. Roberto bizim layihəmizi qəbul etdi. Maliyyə ehtiyatlarının məhdudluğuna rəğmən qışda heyəti gücləndirməyə çalışacağıq. Azarkeşləri məşqçi və futbolçuları dəstəkləməyə, onlara hörmət göstərməyə çağırıram. Biz birlikdə olmalıyıq. "

Sizin Reklam Yeriniz