Əlaqə Arxiv
news Image
2014.11.16
18:11
| A A A
"Qarabağ" əvəzedici komandaya yerini göstərdi

AVRO-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Qarabağ" bu gün yoxlama oyunu keçirib. Movqe.az Goal.az-a istinadən  xəbər verir ki, Ağdam klubu əvəzedici komanda ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç əsas komandanın 7:0 hesablı qələbəsi ilə başa çatıb. Emeqera və Reynaldo dubla imza atıb. Leroy Corc, İlqar Qurbanov, Cavid Tağıyev isə hərəyə bir dəfə fərqlənib.

Qeyd edək ki, "Qarabağ" Premyer Liqamızın XII turunda səfərdə "Bakı" ilə qarşılaşacaq.

Sizin Reklam Yeriniz