Əlaqə Arxiv
news Image
2014.11.16
20:13
| A A A
Ukrayna 3 cavabsız qolla qalib gəldi

AVRO-2106-nın təsnifat mərhələsində C qrupunun növbəti oyunları keçirilib. Movqe.az goal.az-a istinadən xəbər verir ki , Ukrayna "Josy Barthel" stadionunda Lyuksemburq millisinin qonağı olub. Matç şərqi avropalıların üstünlüyü ilə keçib. İlk hissədə Fomenkonun rəhbərlik etdiyi komanda bir neçə qol vəziyyəti yaratsa da, onların birini reallaşdıra bilib. 33-cü dəqiqədə Andrey Yarmolenko hesabı açıb. Oyunun əsas qəhrəmanı olan ukraynalı oyunçu ikinci hissədə daha 2 top vurmaqla het-trikini rəsmiləşdirib.

Lyuksemburq 0-3 Ukrayna

Yarmolenko (33, 53, 56)

Bununla, "Dinamo Kiyev"in yarımmüdafiəçisi rəsmi oyunlarda 102-ci qolunu rəqib qapılarından keçirib.Yarmolenko bütün turnirlər nəzərə alınmaqla 100 və daha artıq qol vuran 11-ci ukraynalı futbolçu olub. Qeyd edək ki, Lyuksemburq üzərində qazanılan qələbə Ukrayna millisini 3-cü pillədə möhkəmləndirib.

Sizin Reklam Yeriniz