Əlaqə Arxiv
news Image
2014.11.16
21:00
| A A A
İspaniya və Slovakiyadan növbəti qələbələr

AVRO-2016-nın təsnifat mərhələsində daha 3 qrupda 4-cü turun oyunları başa çatıb. C qrupunda Belarus milli komandasını qəbul edən İspaniya 3 xalı 3 qolla qazanıb.Movqe.az goal.az-a istinadən xəbər verir ki , meydana eksperimental heyət buraxmasına baxmayaraq, De Boskenin komandası ilk dəqiqələrdən rəqibi qapısına doğru sıxışdırıb. Bunun məntiqi nəticəsi kimi 18-ci dəqiqədə hesab açılıb. Son vaxtlar yaxşı formada olan İsko Alarkon topu "doqquzlğ"a göndərib. Qonaqlar özlərinə gəlməmiş qapılarında 2-ci qolu görüblər. 1 dəqiqə sonra Busketsin uzaq məsafədən zərbəsi belaruslu qapıçı Yuri Jevnyov üçün qarşısıalınmaz olub. 31-ci dəqiqədə Belarusun heyətində Aleksandr Martınoviç zədələnərək meydanı yarımçıq tərk edib. 55-ci dəqiqədə Pedro Rodriqez fərqlənməklə matçda yekun nəticəni müəyyənləşdirib 3-0.

İspaniya 3-0 Belarusiya

İsko (18)

Buskets (19)

Pedro (55)


Qrupun paralel keçən qarşılaşmasında Slovakiya səfərdə Makedoniya millisindən güclü olub. 25-ci dəqiqədə Yuray Kuçka, 38-ci dəqiqədə Adam Nemets qonaqlara qələbə qazandıran qolları vurub.

Makedoniya 0-2 Slovakiya


Yer Milli komanda Oyun Top fərqi Xal
1 Slovakiya 4 6 12
2 İspaniya 4 10 9
3 Ukrayna 4 5 9
4 Makedoniya 4 -6 3
5 Belarus 4 -7 1
6 Lyuksemburq 4 -8 1

Sizin Reklam Yeriniz