Əlaqə Arxiv
news Image
2014.11.16
23:13
| A A A
16 yaşlı idmançı qız oyunda öldü
İspaniyada gənc qız basketbol oyunu zamanı ölüb.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, "Benidorm" və "Calpe" komandaları arasındakı qarşılaşmada əvəzlənən 16 yaşlıAlisiya Fernandes Romeroqəfildən ölüb.

"Benidorm"un oyunçusu olan Alisiya oyun zamanı başının gicəlləndiyini bildirib. Oyunun bitməsinə 5 dəqiqə qalmış əvəzlənmək istəyib. Ehtiyat skamyasına əyləşən kimi isə huşunu itirib.

Həkimlər onu müayinə edərkən artıq öldüyünü görüblər.
Sizin Reklam Yeriniz