Əlaqə Arxiv
news Image
2014.11.23
20:20
| A A A
La Liqanın yeni qol kralı müəyyənləşdi

İspaniya Primerosunun 12-ci turu əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, La Liqada 57 illik qol rekordu məhz bu turda yenilənib. Movqe.az Goal.az-a istinadən  xəbər verir ki, "Barcelona" - "Sevilla" matçında het-trikə imza atan Messi rekordun əvvəlki sahibi Telmo Zarranı geridə qoyub.

Katalon klubu matçda fəal başlayıb. 8 və 11-ci dəqiqələrdə Beto müvafiq olaraq Messi və Suarezin qol cəhdlərinin qarşısını alıb. 21-ci dəqiqədə Messi cərimə zərbəsindən vurduğu gözəl qolla hesabı açıb. Fasilədən sonra hesab bərabərləşib. 47-ci dəqiqədə Jordi Alba topu öz qapısından keçirməklə oyunda tarazlığı bərpa edib. Cəmi 2 dəqiqə sonra Neymar Xavi Hernandezin cərimə zərbəsindən ötürməsini "Sevilla"nın qapısından keçirib. 65-ci dəqiqədə Rakitiç keçmiş komandasının qapısına yol taparaq hesab arasındakı fərqi 2-yə yüksəldib. Bundan sonra səhnəyə yenidən Messi çıxıb. Argentinalı ulduz 72 və 78-ci dəqiqələrdə daha iki qol vurmaqla La Liqada vurduğu topların sayını 253-ə çatdırıb. Bununla da Messi "Camp Nou"ya toplaşan 78.283 azarkeş önünüdə yeni rekord müəyyənləşdirib.

Barcelona 5-1 Sevilla

Messi (21, 72, 78)

Jordi Alba (avt. 47)

Neymar (49)

Rakitiç (65)



Sizin Reklam Yeriniz