Əlaqə Arxiv
news Image
2014.11.23
20:02
| A A A
"Qucaqlaşıb görüşəndə oyun başa çatdı"

Ukrayna çempionatının 13-cü turunda "Hoverla" ilə qarşılaşmada 2 xal itirən "Dnepr" lider olmaq şansını əldən verib. Dneprepetrovsk təmsilçisi ilk pillədə yer alan "Dinamo Kiyev"lə eyni xala malik olsa da, liderdən 1 oyun çox keçirib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, matçdan sonra "Dnepr"in baş məşqçisi Miron Markeviç jurnalistlərin suallarını cavablandırıb.

- Bu gün qolu çox gözləməli oldunuz (red. 57 dəqiqə). Sonra komanda ilə nə baş verdi?

- Belə asan qol buraxmağın şahidi olmamışdım. Olsun ki, bizi əks-hücumda tutdular. Amma cərimə meydançamızda 5 müdafiəçi və 1 rəqib oyunçusu vardı. Komanda üçün qucaqlaşıb görüşəndə (red. qol vurulan anda sevinc) oyun başa çatdı. Amma daha 30 dəqiqə oynamaq lazım idi.

- Şəxsən hansı futbolçuya iradınız var?

- Müdafiədə ciddi səhvlər oldu. Cərimə meydançası daxilində belə səhvlər yolverilməzdir.

- "Dnepr" bu oyunda xeyli qol vəziyyətindən yaralana bilmədi..

- Əlbəttə, imkanlar olanda onları reallaşdırmaq zəruridir. Amma nəticə tablodadır. Mənə indicə zəng edib dedilər ki, Seıeznyovun sayılmayan qolu təmiz qol idi.Baxmaq lazımdır.

- Zozulya və Ştriniç meydanda niyə yox idi?

- Ştriniç, hələ ki, müqaviləsini yeniləməyib. Fikrini tez-tez dəyişir. Bir neçə gün yığmanın düşərgəsindən qayıdıb yoğunluğu əsas gətirdi. Zozulyanın hərarəti vardı. Onu meydana buraxa bilməzdim. Miqunov da zədəli idi.

Sizin Reklam Yeriniz