İspaniya Primerosunun 12-ci turunda "Real Madrid" Baskoniya səfərinə yollanmışdı. Tarixində ilk dəfə La Liqaya vəsiqə qazanan "Eibar" Karlo Ançelottinin rəhbərlik etdiyi komandanı qəbul edirdi. Son vaxtlar məhsuldar oyun göstərən Ronaldo və "Real Madrid" bu qarşılaşmada da öz sözünü deyib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, matçda vurulan hər 4 qol qonaqların aktivinə yazılıb. Xames Rosriqezin hesabı açmasından sonra Ronaldo (43) fərqlənməklə ilk hissənin hesabını müəyyən edib. Fasilədən sonra "Real" daha 2 qol vurub. 69-cu dəqiqədə Karim Benzema rəqib qapıçısını növbəti dəfə məyus edib. 83-cü dəqiqədə isə Ronaldo penaıtidən hədəfi dəqiq nişan alaraq dubla imza atıb.
Eibar 0-4 Real Madrid
Xames Rodriqez (23)
Ronaldo (43, pen. 83)
Benzema (69)
Bu nəticədən sonra "Real Madrid" 30 xal toplayaraq turnir cədvəlində liderliyini davam etdirir. O, əzəli rəqibi "Barcelona"nı 2 xal qabaqlayır.