Əlaqə Arxiv
news Image
2014.11.30
18:00
| A A A
"Netonu "Liverpool"a buraxın"

"Liverpool" son vaxtlar Simon Minyolenin qeyri-stabil çıxışı ilə əlaqədar yeni qapıçı axtarışlarına başlayıb. "Qırmızılar" A Seriyasında mübarizə aparan "Fiorentina"nın şərəfini qoruyan Norberto Netoya maraq göstərir.Movqe.az Goal.az-a istinadən  verdiyi xəbərə əsasən, İtaliyanın eks-qapıçısı Valter Zenqa yerli radiolardan birinə verdiyi açıqlamada "Fiorentina"ya braziliyalı qolkiperi buraxmağı tövsiyə edib.


"Bu, klub üçün o qədər də böyük itki olmaz. Bildiyimə görə, heyətdə Çiprian Tatatuşanu Neto ilə eyni səviyyəli qapıçıdır. Tataruşanu güvənilən qolkiperdir".

Neto bu mövsümün sonunda azad agent olacaq. "Fiorentina" hücumdakı boşluqları doldurmaq üçün 25 yaşlı braziliyalı qapıçıını "Liverpool"a göndərə bilər. Qeyd edək ki, "bənövşəyilər"in hücumçuları Cuzeppe Rossi fevrala kimi, Federiko Bernardeşşi isə 5 ay müddətinə sıradan çıxıb.

Sizin Reklam Yeriniz