Əlaqə Arxiv
news Image
2012.04.11
13:51
| A A A
"Real"la oyunumuz indi daha çətin keçəcək"

"Barselona" klubunun baş məşqçisi Pep Qvardiola komandasının La Liqadakı çempionluq şanslarını dəyərləndirib. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Qvardiola ən yaxın izləyiciləri "Real" (Madrid) klubu ilə 10 xallıq fərqin 4-ə enməsinə münasibət bildirib:

"Real" hələ də xal itkisi ilə üzləşə bilər. Ancaq biz buna yol verməməliyik. "Real" bizdən 10 xal öndə olarkən, onlarda görüşümüz daha asan olacaqdı. Ancaq hazırda xal fərqi cəmi 4-ə bərabərdi və hər iki komanda çempionluğa yaxındı. Bu səbəbdən də "Real"la görüş indi daha çətin keçəcək. "Barselona" tarixi ərzində 10 xallıq fərqi aradan qaldıraraq çempion ola bilməyib. Ümid edirəm ki, biz bunu bacaracağıq". Qeyd edək ki, "Barselona" 31 turdan sonra turnir cədvəlində 75 xalla lider "Real"dan cəmi 4 xal geri qalır.

Sizin Reklam Yeriniz