Ərəbistan Frank Raykarddan danışır
"Barselona"nın sabiq baş məşqçisi Frank Raykard yeni iş yeri olan Səudiyyə Ərəbistanı yığmasında uğursuz çıxışları ilə diqqət çəkir. Qol.Az-ın "El Eqtisadia" qəzetinə istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsində keçirdiyi 6 oyunda cəmi bir qələbə qazanıb. Raykardın bu uğursuzluqları ölkədə geniş miqyasda müzakirə olunmağa başlayıb. Adı çəkilən qəzetdə 49 yaşlı mütəxəssisin Səudiyyə Ərəbistanında 10 nazirdən çox maaş almasına baxmayaraq, gördüyü işin müqabilində bu məbləğə layiq olmadığı vurğulanıb. Yaxın günlərdə Raykardın millidən kənarlaşdırılacağı gözlənilir. Qeyd edək ki, Raykard Səudiyyə Ərəbistanı yığması ilə 11 milyon avro qarşılığında 3 illik müqavilə imzalamışdı.