Əlaqə Arxiv
news Image
2015.02.03
14:00
| A A A
Daha 3 futbolçu rəsmən "Xəzər Lənkəran"dan getdi

"Xəzər Lənkəran" 3 futbolçu ilə yollarını rəsmən ayırıb.Movqe.az Goal.Az-a istinadən xəbər verir ki, komandadan ayrılan braziliyalılar Vanderson Skarduelli, Tyeqo de Xesus və Fernando Qabriellə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bu oyunçular bir müddət əvvəl komandanı tərk etsə də, müqavilə ilə kluba məxsus idi. Tyeqo və Fernando ötən ay transferə çıxarılsa da, sonda onlarla müqaviləyə xitam verilməsi qərara alınıb.

Vanderson 76, Tyeqo 33, Fernando 12 rəsmi matçda komandanın formasını geyib. Bu qarşılaşmalarda Qabriel 3, Xesus 2 qol vurub.

Sizin Reklam Yeriniz