Əlaqə Arxiv
news Image
2015.02.03
14:10
| A A A
"Ronaldo üçün 300 milyon funt ödəyən tapılar"

Kriştianu Ronaldonun agenti Xorxe Mendeş ulduz futbolçunun transfer qiyməti barədə fikir bildirib.Goal.az "BBC Sport"a istinadən xəbər verir ki, Mendeş Ronaldonu tarixin ən yaxşı idmançısı və bənzərsiz istedad kimi qiymətləndirib.

"Əgər hər hansı səbəbdən klubu onu satmaq qərarına gəlsə, Ronaldo üçün 300 milyon funt ödəyən tapılacaq. Futbol dünyada ən vacib idman növüdür. Bu növdə çıxış edən futbolçular da maksimum məvacib almağa layiqdir" - Mendeş deyib.

Qeyd edək ki, indiyə kimi vasitəçilik etdiyi transferlərdən Mendeş təxminən 1 milyarda funt gəlir qazanıb. Keçmiş DJ və gecə klubunun sahibi eyni zamanda Joze Mourinyo, Luiz Felipe Skolari, Radamel Falkao, Anhel Di Maria, Xames Rodriqez, David De Xea, Viktor Valdez və Diyeqo Koştanın da agentidir.

Sizin Reklam Yeriniz