Əlaqə Arxiv
news Image
2015.02.05
16:20
| A A A
Azərbaycanlı futbolçu erməni klubunda oynayacaq

Azərbaycanın gənclərdən ibarət yığmasının keçmiş müdafiəçisi Şamil Qurbanov Ermənistan klubunun düşərgəsinə dəvət olunub.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan "Uliss" klubu "Milsami" (Moldova) ilə yoxlama oyununda Qurbanova şans verib. Yayılan son məlumatlara görə klub artıq futbolçu ilə anlaşıb. Müqavilənin şərtləri açıqlanmır.


Qurbanov 1993-cü ildə Rusiyada anadan olub. O, Vaqif Cavadovun da çıxış etdiyi "Volqa" klubunun yetirməsidir. Gənc futbolçu "Baltika" və "Sever" klublarının da şərəfini qoruyub. Son mövsümü isə Rusiyanın aşağı dəstəsində mübarizə aparan "Saturn"da keçirib.

Sizin Reklam Yeriniz