Əlaqə Arxiv
news Image
2012.08.02
13:28
| A A A
Boksçumuzun qələbəsi əlindən alındı

Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidovun 2012-ci il London Yay Olimpiya Oyunlarının 1/8 finalında yaponiyalı Satoşi Şimizu ilə döyüşünün nəticəsi ləğv olunub. Əbdülhəmidovun qazandığı 22:17 hesablı qələbə onun əlindən alınıb.

Əvəzində Şimizuya texniki nokautla qələbə verilib.

Qeyd edək ki, ilk iki raunddan Məhəmməd Əbdülhəmidov müvafiq olaraq 4:2 və 8:3 hesablı qələbələrlə ayrılıb. Lakin üçüncü raundda o, yorğun olduğu üçün rinqdə xeyli sönük təsir bağışlayıb. Bununla əlaqədar Əbdülhəmidova dəfələrlə xəbərdarlıq olunub. Sonuncu raundda Simizuya 12:10 hesablı qələbə verilsə də, ümumi nəticə dəyişməyib. Yaponiyalı boksçu hakimlərin qərarından narazı halda rinqi tərk edib.

Sizin Reklam Yeriniz