Əlaqə Arxiv
news Image
2015.02.07
20:05
| A A A
"Maradonanın sözlərinə gülməkdən özümü saxlaya bilmədim"

"İnter"in argentinalı hücumçusu Mauro İkardinin "Torino" klubunda çıxış edən həmyerlisi Maksi Lopezin həyat yoldaşı ilə münasibət qurması ictimaiyyətdə birmənalı qarşılanmamışdı.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Argentinanın futbol əfsanəsi Maradona isə bu məsələyə daha sərt reaksiya göstərmişdi. "Biz belə insanla, bilirsiniz necə rəftar edərdik? Onu əhatəyə alıb növbə ilə döyərdik" - Maradona demişdi. İkardi isə bu barədə aşağıdakı fikirləri səsləndirib.

"Maradonanın sözlərini mənə çatdıranda gülməkdən özümü saxlaya bilmədim. Mən xeyriyyə matçında iştirak etmək istəməsəm də, getməli oldum. Düşünürəm ki, insanlar sadəcə şəxsi həyatına diqqət yetirməli və başqa işlərlə məşğul olmalıdır".

Sizin Reklam Yeriniz