Əlaqə Arxiv
news Image
2015.02.09
20:00
| A A A
Millimiz 4-cü oldu

Boks üzrə İştvan Boşkainin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Macarıstanın Debresten şəhərində təşkil olunan yarışda 52 kiloqram çəki dərəcəsinin final görüşündə iki həmyerlimiz üz-üzə gəlib. Həlledici qarşılaşmada Məsud Yusifzadə və Salman Əlizadə qarşılaşıb. Gənc boksçumuz Məsud Yusifzadə Avropa çempionu olan komanda yoldaşını məğlub edərək fəxri kürsünün birinci pilləsində qərarlaşıb. Xaybulla Musalov (75 kq) da qızıl medal qazanıb. O, finalda yerli boksçu Bamabas Neqi ilə qarşılaşmalı olsa da, rəqib rinqə çıxmaqdan imtina edib. Azərbaycan çempionu Elnur Əliyev (64 kq) yarımfinalda Monqolustan təmsilçisi Baatarkhuu Çinzoriqə uduzaraq üçüncü yerlə kifayətlənib.

Ümumi komanda hesabında millimiz Macarıstan, Monqolustan və Xorvatiyadan sonra 4-cü pillədə yer alıb.

Sizin Reklam Yeriniz