Əlaqə Arxiv
news Image
2015.02.10
17:00
| A A A
"Onları pivə və ya şərab iç-içə söhbətləşməyə dəvət edirdim"

"Real Soceidad"ın baş məşqçisi Devid Moyes İspaniyadakı həyatından danışıb.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, şotland mütəxəsis ünsiyyət problemlərinin olduğunu etiraf edib.


"Bəzən futbolçularla ünsiyyətdə problemlər yaranır. Amma komandada 8-9 oyunçu ingiliscə danışa bilir. Bu, vəziyyəti bir qədər sadələşdirir. Mən ispan dili müəllimimə təklif etdim ki, kursu tamamlamaq üçün dərslərin sayını artıraq. Amma o, hesab edir ki, ispan dili çətin dil olduğundan proqramı sürətləndirmək olmaz. Oyunlardan sonra bəzi məşqçiləri İngiltərədə olduğu kimi, pivə və ya şərab iç-içə söhbətləşməyə dəvət edirdim. Amma hələ ki heç kim mənə qoşulmaq istəməyib. Müşahidə etdiyim qədərilə, İspaniyada məşqçilər bir-biri ilə az əlaqə saxlayır. Məşqçi kimi çalışmaq asan deyil. Hərdən eyni durumda olan insanla ünsiyyət qurmaq xoş təsir bağışlayır".

Sizin Reklam Yeriniz